Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 14:31:00
Şuşa ilə bağlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edilir

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşanın sosial-iqtisadi dirçəldilməsi–Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.

 

AzEdu.az xəbər verir ki, üsabiqənin əsas istiqamətləri aşağıdakılardır:

 

  1. Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar.
  2. Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri.
  3. Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi.
  4. Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları.
  5. Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti.

 

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

 

Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün ayrıca nəzərdə tutulur:

 

  1. Mükafatın məbləği (professor-müəllim heyəti üçün): I yer - 500 azn; II yer – 300 azn; III yer – 200 azn.
  2. Mükafatın məbləği (doktorant, magistr və tələbələr üçün): I yer - 300 azn; II yer - 200 azn; III yer - 100 azn.
  3. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikatlar veriləcək. 
  4. Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər. 

 

Məqalə 6-8 səhifə həcmində (şrift: Times New Roman, şriftin ölçüsü: 12, sətirlərarası məsafə: 1.5 interval, sol sahə: 3 sm, yuxarı sahə: 2 sm, aşağı sahə: 2 sm, sağ sahə 1.5 sm) olmalıdır.

 

Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı universitet (və ya elmi-tədqiqat müəssisəsi), kafedra; doktorant, magistr və tələbənin təhsil aldığı təhsil müəssisəsi, fakültənin adı və qrupun nömrəsi mütləq qeyd olunmalıdır. Eyni zamanda elektron poçt ünvanları və telefon nömrələri də qeyd edilməlidir.

Məqalələrin son göndərilmə tarixi: 10 oktyabr 2022-ci il.

 

Müsabiqənin nəticələri 2022-ci il noyabr ayın 1-də elan olunacaq. Mükafatlandırma mərasimi avqustun 7-də keçiriləcək.

 

Təşkilatçılar: UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirlməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi.

 

Əlaqə telefonu: +994 12 4925731 (UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirlməsi və təşkili şöbəsi); koordinator: +994 55 400 37 20 (UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi).