Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-12 13:56:00
Sertifikatlaşdırılması prosesi ilə bağlı regionlarda görüşlər təşkil olunacaq

Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı iyulun 14-dən 25-dək görüşlər təşkil olunacaq.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, regionlar üzrə keçiriləcək görüşlərdə sertifikatlaşdırılma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri və digər məsələlər barədə müzakirələr aparılacaq, təhsilverənləri maraqlandıran suallar cavablandırılacaq.

Görüşlərdə iştirak etmək istəyən ibtidai sinif müəllimləri iyulun 13-dək Təhsil Nazirliyinin saytındakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.