Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-11 16:52:00
Magistraturaya qəbul olunan hər 5 nəfərdən biri UNEC-i seçdi-Rektordan təbrik 

 

 

 

"Magistratura təhsilində UNEC-in payı artır”.

 

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, ölkə üzrə magistratura səviyyəsinə qəbul olunan hər 5 nəfərdən biri UNEC-i seçir:

 

“Bu il magistraturaya qəbul olan 11510 nəfərdən 2272-si məhz UNEC-in payına düşür. Başqa sözlə, ölkə üzrə magistraturaya qəbul olanların 19,74 faizi (keçən il bu rəqəm 17,5 faiz olmuşdur) və yaxud demək olar ki, 5 magistrdən biri UNEC-də oxuyacaqdır.

 

Magistraturaya qəbul olan hər bir şəxsi təbrik edir və UNEC-i seçdiklərinə görə təşəkkür edirəm.

Uğurlar!

 

Hər şey daha da yaxşı olacaq!”