Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-11 12:52:00
Temperatur 42 dərəcəyədək artacaq

İyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.