Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-10 15:50:00
40 dərəcə isti olacaq

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.