Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-12 15:16:00
Valideynlər imtahan ərəfəsi BU SƏHVLƏRƏ yol verirlər  

Hazıda qəbul imtahanları davam edir. Belə məqamda valideynlər diqqətli olmalı, övladlarının psixoloji vəziyyətlərinə nəzarət etməlidir.

 

 AzEdu.az valideynlərin imtahan sonrası övladları ilə necə davranmalı olduğunu təqdim edir:

 

 1.Övladınıza dəstək olun, onunla dost kimi davranın;

 

 Övaldınız sizi dost kimi görsə, bütün problemlərini paylaşa biləcək.  

 

 2.İstirahətə çıxın;

 

 İmtahan nəticələri açıqlana qədər istirahət etmək övladınızı stresdən uzaqlaşdıracaq.  

 

3.Gələcəklə bağlı neqativ düşüncələrə qapılmayın;

 

Gələcəkdə bağlı hər zaman seçim və ümid var. İmtahan nəticələrini bilinmədən ehtimallar üzərində danışmaq yararlı olmaya bilər. 

 

 4.Onu nə qədər sevdiyinizi hiss etdirin;

 

Nəticə nə olsa da, valideynlər övladları ilə bağlı vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Onları həmişə sevəcəyinizi və yanlarında olacağınızı hiss etdirin.

 

 5.Universitet seçimi haqında danışmayın;

 

İmtahan nəticələri açıqlana qədər universitet seçimi mövzusunda danışmayın. Proses tamamlandıqdan sonra kifayət qədər vaxtınız olacaq.

 

 6.Övladınızı digər uşaqlarla müqaisə etməyin;

 

Əgər siz "qonşunun uşağı qəbul oldu, sən bacarmadın" kimi sözlər işlətsəniz, o zaman, təbii ki, onda ağır psixoloji problemlər, depresiyalar yaranacaqdır.

 

 7.Gözləntidə real olmağa çalışın;

 

 Hər valideyn uşağının bilik səviyyəsina bələddir. Gözləntinizi ona uyğun müəyyənləşdirin.

 

Unutmayın, həyat və imtahan bir-birindən çox fəqlidir. İmtahanda uğursuz olmaq həyatda da uğursuz olacağınız demək deyil.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları