Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 11:24:00
II-III qruplara keçid balları necə hesablanacaq?-DİM-dən cavab

 

 

6-7  İyul tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən III və II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

Qəbul nəticələri açıqlandıqdan sonra isə ixtisas seçimi aparılacaq. Bəs ixtisas seçimi üçün keçid balları necə hesablanır?

 

AzEdu.az xəbər verir ki, DİM keçid balları nəcə hesablanmasına aydınlıq gətirib:

 

Qurum  abituriyentlərə bildirir ki ,keçid ballarını DİM tərəfindən  müəyyən edilmir. Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir.

 

Dövlət İmtahan Mərkəzi keçid ballarının müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşdığını bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları