Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 10:00:00
III qrup üzrə suallar  çox çətinləşdirilib?-DIM-dən İDDİALARA CAVAB

6 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

Proses bitdikdən sonra abituriyentlər imtahan suallarının çətin olması ilə bağlı fikirlər səsləndirib, bəziləri öz narazılıqlarını ifadə ediblər.

 

AzEdu.az xəbər verir ki, DİM bu iddialara cavab verərək abituriyentlərin fikirlərinə münasibət bildirib.

 

"İmtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür.

 

Hər imtahandan sonra onun nəticələri elmi, metodiki baxımdan təhlil olunur, abituriyentlərə yalnız öz ətrafında olan insanların fikirlərinə əsasən ümumi qənaətə gəlmələri doğru deyil".

 

DİM imtahan suallarının necə yoxlandığına da aydınlıq gətirib:

 

"Hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin, hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları