Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 16:21:00
Bəziləri düşünür ki, subbakalavrlar təhsilin keyfiyyətini aşağı salır-Ekspertdən İRAD

 

 

 

 

4 ilə yaxın müddətdir ki, subbakalavrlar ali təhsil müəssisələrinə imtahansız şəkildə qəbul olmaq imkanı əldə ediblər.

 

 

Lakin bəzi kolleclər bu imkandan istifadə edərək subbakalavrlar üçün imtahan və digər tədris proseslərində süni maneələr yaradırlar.

 

 

Bu, da kollecdə oxuyanların narazılığına səbəb olur.

 

 

AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov vurğulayır ki, subbakalavrların ali məktəblərə qəbul olunması təqdirəlayiq addımdır:

 

 

“Hazırda 54 orta ixtisas təhsili müəssisəsində 60 minə yaxın subbakalavr təhsil alır. Azərbaycanda  kolleclərə qəbul həm 9, həm də 11 illik bazadan həyata keçirilir. Təhsil Haqqında Azərbaycan Respublikasının Qanuna 2018-ci ildə edilmiş dəyişikliyə əsasən,  kollec məzunları, yəni subbakalavrlar  qəbul imtahanında iştirak etmədən  ixtisas seçimi etmək imkanı əldə ediblər. Hər il 6-7 min şəxs məhz bu imkandan yararlanaraq   tələbə adını qazanır. Bu, da gənclərin kolleclərə meyillənməsini artırıb”.

 

 

O, bəzi universitetlərin kollec məzunlarına yanaşmasından söz açıb:

 

“Amma bir neçə ali təhsil müəssisəsi var ki, onlar kollec məzunlarının tədrisin keyfiyyətini aşağı saldığını düşünürlər. Həmçinin, bir sıra universitetlərdə fikirlər yaranır ki,  subbakalavrlar ali təhsilin keyfiyyətini qaldıra bilməzlər. Bu, çox yanlış yanaşma tərzidir. Misal olaraq 11-ci sinifi bitirən şəxslər yüksək balla qəbul olsalar belə, onlar ixtisasla bağlı bilgilərə malik deyil. Ən azından kollecdə 2 il oxumuş şəxs  müəyyən ixtisas üzrə bilik və bacarıqlara malikdir, mütəxəssisdir”.

 

 

Ekspert deyir ki, subbakalavrlara bəzi əngəllər də yaradılır:

 

 

“Subbakalavrlara süni əngəllərin yaradılması  ona görə baş verir ki,  onlar müəyyən qədər oxuduqları üçün işləməyə daha çox meyilli olurlar. Subbakalavrlar  qiyabi oxumaq istəyirlər. Hesab edirəm ki, hər kəsin təhsil almaq hüququ tanınmalıdır. Bütün ali təhsil müəssisələri  subbakalavrların istəklərinə uyğun olaraq  qiyabi təhsil almalarına şərait yaratmalıdır. Çünki ali təhsil müəssisələri  əmək bazarının tələblərinə və müasir atandartlara cavab verən kadrlar hazırlaya bilmirlər. Mütəxəssislər özlərinin getdikləri fərdi kurslarda  və tədris mərkəzlərində, həmçinin, istehsalat və iş yerlərində inkişaf etdirirlər. Birmənalı olaraq ali təhsil müəssisələri  subbakalavrlara  bu problemi yaratmamalıdırlar, çünki onlar təhsil almaq istəyir və gələcəkdə karyera inkişafına maraqlıdırlar. Amma hazırda dövlət kolleclərində  vəziyyət sağlam deyil. İmtahan sesiyası və dövlət imtahanları ilə bağlı problemlər mövcuddur. Əsassısz pul yığılmaları kimi hallar müşahidə edilir”.

 

 

O, qeyd edir ki, kolleclərdə də vəziyyət ürəkaçan deyil:

 

 

“Ümumilikdə bu gün kolleclərin özləri də əmək bazarına uyğun kadr hazırlaya bilmirlər. Onlar müasir çağırış və tendensiyalardan kənardırlar. İnnovativ yeniliklər demək olar ki, yoxdur. Bütünlükdə hesab edirəm ki,  tələbələrə süni maneələrin yaradılması prosesinə son qoymaq lazımdır, hər kəsin  təhsil alamaq hüququ təmin olunmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları