Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 18:00:00
Finlandiya məktəblərinin bilmədiyimiz möcüzələri – Türk müəllimin heyrəti   

Adətən, təhsil sisteminə dünya təcrübəsinin misal göstərildiyi bütün müsbət nümunələr Finlandiyanın orta məktəbləri əsasında qurulur. Çoxları bu ölkədə şagirdlərin daha məntiqli, bütünçətin tapşırıqlara hazır olduqlarını düşünürlər.

 

Amma Finlandiya təhsil siyasəti ilə bağlı araşdırma aparan türkiyəli müəllimin dedikləri daha yeni faktları aşkara çıxarır.

 

AzEdu.az xarici mediaya istinad edərək, türkiyəli müəllimin dilindən Finlandiya orta məktəbləri ilə bağlı daha real faktları çatdırır:

 

“Finlandiyadakı araşdırmamı tamamlamaq üçün Riyaziyyatı tədris etdiyim sinfimdən müvəqqəti uzaqlaşmaq məcburiyyətində qaldım. Şagirdlərin diqqətini çəkən, onları motivasiya edə biləcək, yeniliyə meyilli dərslərin şahidi olacağıma, ölkəmə müasir təcrübə ilə qayıdacağıma ümid edirdim. Müasir təcrübəyə görə, qayıdandan sonra bu fənni özündə daha çox Riyaziyyat ehtiva edən, ağır dərs proqramı ilə tədris edəcəyimi, bunu şagirdlərə daha çətin və maraqlı məsələlərlə sevdirəcəyimi xəyal edirdim. Nə də olmasa, şagirdləri daha çox işlətmək mexanizmi müəllimliyin ilk ilindən beynimizə həkk olunub. Hamıdüşünür ki, dərslər daha həyəcanverici, diqqətçəkici olmalı, özündə xeyli mövzunu ehtiva etməlidir. Həmişə uğurumuzu günün sonunda nə dərəcədə yorğun olmağımızlaqiymətləndirir, sanki şagirdlərimizə də bunu aşılayırıq. Onlar isə yolun yarısında yorulur, elə bu səbəbdən məktəbə nifrət edirlər.

 

Finlandiyadakı dərslərdə yenilikçi, diqqətçəkici, qeyri-adi, əzbərə qarşı yönəlmiş dərslərlə qarşılaşmadım. Riyazi bilgisi daha çox olan şagirdlərə də rast gəlmədim. Hətta əsas riyazi qanunları xatırlaya bilməyən məktəblilərə də böyük diqqət və sevgi ilə yanaşırdılar.

 

Finlandiyada tədris müəllimlərin yüzillərdir tətbiq etdiyi ardıcıllığa əsaslanırdı: Onlar ev tapşırıqlarının üstündən keçir, dərs izah edirdilər. Şagirdlərin bəziləri diqqətlə qulaq assa da, digərləri fikri dağınıq halda çarəsiz sinifdə otururdular. Sonda imtahan verirdilər. Bir müddət əvvəl Amerika məktəblərində də tədrisin şahidi olmuşdum. Amma müqayisə etdikdə Finlandiyadakı tədris Amerikadakının yanında xeyli sönük qalırdı.

 

Bəs, finlandiyalı şagirdlərin az tədrislə  uğur qazanmasının səbəbi nədir? Səbəbi çox sadə idi: Finlandiyalılar “az daha çoxdur” fəlsəfəsinə qəlbən inanırlar. Bu inanc ölkənin təhsil siyasətini idarə edir.Gördüyüm mənzərə məni çox təəccübləndirmişdi.

 

Amma Amerikada bunun tam əksi müşahidə edilirdi. Olar “çox daha yaxşıdır” fəlsəfəsini üstün tuturlar. Bu, amerikalıların təhsil siyasətini də işğal edib. Tədrisi əsasən, təzyiq, dərs, tapşırıq, iclas, imtahanla yaxşılaşdıracaqlarını düşünürdülər.

 

Az təhsil – çox seçim

 

Fin uşaqlar məktəbə 7 yaşdan başlayırlar. Bu ölkə onların sakitcə bir sinfəqapadılmasındansa, oynayaraq kəşf nələrisə etmələrinin tərəfdarıdır. Amma şagirdlər qətiyyən zehni cəhətdən geri qalmırlar. Onlar öyrənməyə həqiqətən hazır olduqları vaxtməktəbəbaşlayırlar. İcbari təhsil 9 ildir. 9 ildən sonra hər şey şagirdin istəyindən asılıdır. 16 yaşlı məktəbli bu 3 yoldan birini seçə bilər:

 

Normal məktəb həyatına davam - Bu üçillik proqram şagirdləri universitetə əsas sayılan yetərlilik testinə hazırlaşdırır. Sonillər məktəblilərin 40 %-i bu yolu seçir.

 

Peşə təhsili - Bu, şagirdləri peşə seçiminə, eyni zamanda yetərlilik imtahanına hazırlaşdıran proqramdır. Bu istiqaməti seçən şagirdlər istedadlarının ardınca gedir, daha çox təcrübəyə sahib olurlar. Onların 60%-ə qədəri peşə təhsilinə üstünlük verir.

 

Şagirdlərin 5%-dən azı isə 9 illik təhsilini sonlandırıb birbaşa iş həyatına atılır. Bu, onun şəxsi seçimi kimi qiymətləndirilir və məsləhət xaricində heç bir müdaxilə edilmir.

 

Qeyd: Finlandiyada bütün şagirdlərin riyaziyyat və kimya öyrənməyi, diplom almağı məcburi deyil.

 

Az dərs – çox istirahət

 

Dərslər saat 9-10 arasında başlanır, 2-3 radələrində isə bitir. Çünki araşdırmalar yeniyetmələrin səhər yuxusuna ehtiyacıolduğunu təsdiqləyib. Gündəlik hər biri 75 dəqiqəolmaqla 3-4 fənn tədris olunur. Dərsarası tənəffüslərin sayı Amerika ilə müqayisədə çoxdur. Araşdırmalara görə, finlandiyalı müəllim ildə ortalama 600 saat dərs keçir. Amerikalı müəllimdə isə bu say 1080-dir. Finlandiyada dərsi olmayan müəllim və şagirdi hər hansı tədbir və məşğuliyyətlərlə məktəbdə saxlamamağa çalışırlar.

 

Az müəllim – çox diqqət

 

Fin şagirdlərə adətən, məktəbin ilk 6 ilində eyni müəllim dərs deyir. Müəllim 6 il dərs dediyi şagirdlərin psixologiyasından tutmuş, qavrama qabiliyyətlərinə qədər hər şeyi daha dərindən dərk edir,onun zehni inkişafını təqib edir. Bu, uşaqları uğura daha da yaxınlaşdırır. Məktəblinin nizam-intizamla bağlı problemi olduqda müəllim onunla daha diqqətli davranmalıdır. Əks təqdirdə, 6 il boyunca onun əziyyətiniçəkməli olacaq.

 

Bu sistem yalnız şagirdin diqqət, qayğı ilə əhatə olunması deyil, həm də müəllimin sinfi bütünlüklə ələ alması üçün faydalıdır. Həmçinin, müəllimə tədrisi şagirdlərin anlama sürətinə görə tənzimləmək  icazəsi verir. Sonrakı müəllimlər barədə də 6 illik müəllimlər qərar verirlər. Onlar şagirdlərinin hazırlıq səviyyəsinə bələd olduqlarına görə, tədrisi planlaşdırırlar.