Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 12:07:00
“Olimpiada qaliblərinə də Prezident təqaüdü verilməlidir”-Osman Gündüz

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə Prezident təqaüdünün verilməsi təklifini irəli sürüb.

 

AzEdu.az xəbər verir ki, o, təqaüdün sadəcə qəbul imtahanında ən yüksək nəticə göstərənlər verilməli olmadığını bildirərək, fənn olimpiadası qaliblərinin bilik və bacarıqlarının daha yüksək olduğunu qeyd edib:

 

“Uzun müddətdir ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər arasında müəyyən sayda seçilənlərə Prezident təqaüdü verilir. Təqaüdün məbləği isə səhv etmirəmsə, 250 manatdır. Düşünürəm ki, hazırki məqamda bu tələbə üçün kifayət qədər qanedici məbləğdir. Bu nəticələr sadəcə qəbulda göstərilənlərdir, ümumi təhsil məktəblərində təhsilalanların bilik və bacarıqlarını ölçən başqa alətlər də var. Onlardan biri də olimpiadalardır. Xüsusilə beynəlxalq və respublika fənn olimpiadaları şagirdin istedadını müəyyən etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Fikika, Riyaziyyat üzrə respublika olimpiadasında yer tutan məktəbli ilə qəbulda yüksək nəticə göstərən məktəblinin biliyi eyni səviyyədə deyil, burada üstünlük olimpiada qalibindədir. Bu səbəblə stimul yaratmaq, bu cür istedadlı uşaqlara dövlət dəstəyini göstərmək üçün ilk növbədə onlara üstünlük vermək daha doğru olardı. Burada say elə də çox deyil, düşünmürəm ki, onlara dəstək vermək büdcə üçün ciddi problem yarada”.

 

Prezident, təhsilini xaricdə davam etdirən olimpiadala qaliblərinə də dövlət dəstəyinin vacibliyini vurğulayıb:

 

“Olimpiada qalibləri arasında təhsilini xaricdə davam etdirməyi seçənlər hər hansı təqaüdlə təmin olunmayıblarsa, onlara da təqaüdün verilməsi doğru olardı. Ölkəmizin bir sıra respublikalarla hökumətlərarası təqaüd proqramları ilə bağlı qarşılıqlı müqavilələri mövcuddur. Bu proqramlar, yaxud başqa təqaüd proqramları əsasında təhsil alanlara qeyd etdiyimiz təqaüd verilməyə bilər. Bu cür gənclərə o şəkildə dövlət dəstəyinin göstərilməsi doğru olardı. Yalnız qəbulda yüksək nəticə göstərənlərə Prezident təqaüdünün verilməsilə bağlı yanaşmanı dəyişmək lazımdır. Beynəlxalq və Respublika olimpiadalarının qalibləri də bura daxil edilməlidirlər”.