Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 11:52:00
"Ən böyük arzularımdan biri AzTU-da müəllim olmaqdır"-MBA üzrə təqaüd alan TƏLƏBƏ

 

 

Azərbaycan Texniki Universitetinin MBA proqramının Mühəndislik və idarəetmənin riskləri ixtisaslaşması üzrə ötən semestri üzrə ən yüksək ÜOMG ilə bitirən tələbəsi  Şahanə Hacızadə olub.

 

O, MBA-da oxuyub təqaüd alan tələbə olmaq imkanı əldə edib.

 

Belə ki, proqram birincisi olduğu üçün ona AzTU-nun aylıq təqaüdü verilir.

 

Gəlin, onu yaxından tanıyaq:

 

Şahanə Hacızadə 1999-cu ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. Orta təhsilini həmin bölgədə başa vurub. 2016-cı ildə Neft və Sənaye Universitetinin  Kimya-texnologiya fakültəsinin ekologiya mühəndisliyi ixtisasına daxil olub. 2020-ci ildə həmin ali təhsil müəssisəsindən heç bir kəsiri olmadan məzun olub. 2021-ci ildə Azərbaycan Texniki Universitetin MBA proqramına daxil olub.

 

Tələbə Texniki Universiteti seçməyinin səbəblərini açıqlayır:

 

“Nə yaxşı ki, MBA proqramı burada da açıldı və mən onun ilk tələbələrindən oldum.

 

Seçim zamanı bir az tərəddüd etdim, çünki  mühəndislik ixtisasından biznesin təşkilinə keçmək mənim üçün çətin gəlirdi. Lakin hesab  və rəqəmlərlə işləmək kimi proseslər hər zaman diqqətimi çəkib. Düşündüm ki, Texniki Universitetdə  MBA proqramına ilk dəfə yer verməsi maraqlı olar. Öz universitetimdə oxumuş olsaydım, yenə də eyni müəllim və ixtisasla qarşılaşmış olacaqdım, Bura mənim həyatıma rəng qatdı. Texniki Universitet həyatımda dönüş nöqtəsi oldu. Ali təhsil müəssisəsi rəhbərlik, müəllim və heyət olaraq  məni  məmnun edir. Onlar hər zaman çalışırlar ki, tələbələrin qayğısına qalaraq onun nazı ilə oynasınlar. Tələbəyə uşaq kimi yox, fərd olaraq yanaşırlar. Müəllimlərimiz bu sahədə ixtisaslaşan kadrlardır. Rektor Vilayət Vəliyev bizə fənn tədris edirdi, onun bizə dərs deməsi, sadəliyi kənardan sıradan bir şey kimi görünmüş ola bilər, lakin bu tələbəyə verilən dəyərin nümunəsidir”.

 

O, gələcək məqsədlərindən də söz açıb:

 

“Qarşıma qoyduğum əsas məqsədlərdən biri də doktorantura  üzrə təhsilimi Texniki Universitetdə davam etdirməkdir. Gələcəkdə Texniki Universitet ilə yollarımı ayırmaq istəmərəm. Onlar qəbul etmiş olsalar, mən burada müəllimlik fəaliyyətinə başlamaq istəyərəm. Müəllim kimi çalımaqdan çox böyük qürur duyaram. Bundan əlavə olaraq da öz biznesimi yaradaraq universitetdən əldə etdiyim bilikləri  tətbiq etmək istəyirəm. Çünki biznesin təşkilində oxuyan tələbənin  biznesi olmalı və biliklərini yatırım formasında inkişaf etdirməlidir. Hazırda İELTS almaq üçün çalışıram, inglis dil səviyyəmi inkişaf etdirməyə cəhd edirəm. İxtisasımla bağlı olan müəyyən sertifikat, kurs və beynəlxalq seminarlarda  iştirak etmək üçün  daima maraqlanıram. Özümü inkişaf etdirməyin bütün yolları ilə məşğul olmağa çalışıram.Yerində saymağı heç sevmirəm, istəyirəm ki, universiteti qırmızı diplom və ya fərqlənmə ilə bitirim. Yaxın hədəflərimdən ən başlıcası bunlardır.

 

Universitet vaxtı ən fəal tələbələrdən biri olmuşam. Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttiqfaqı ilə birgə çalışmışam. Bundan əlavə olaraq universitetlərin debat klublarında da fəaliyyət göstərmişəm.  Bu kimi fəaliyyət növlərində birincilik əldə etməyi hər zaman yüksək qiymətləndirmişəm. Universitetin tələbə gənclər təşkilatında müdir və müdir müavini kimi vəzifələrdə çalışmışam, bizneslə bağlı olan təlimlərdə  işriak etmişəm. Həmin təlimlərə qatılmağı sevirəm və bunu da özünüinkişafın bir hissəsi kimi qiymətləndirirəm. Uğur əldə edən iş adamlarının hekayələrini dinləmək, onlardan müəyyən istiqamətlər götürmək mənim hər zaman diqqət mərkəzimdə olan məsələlərdən biri olub”.

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları