Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 10:00:00
Avroviziya qalibi magistratura səviyyəsindən məzun oldu-FOTO

 

Belarus əsilli norveçli müğənni Aleksandr Rıbak kino musiqisi üzrə magistratura dərəcəsi alıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə müğənninin özü məlumat yayıb.

 

O, ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşən Kolumbiya Kollecindən (özəl incəsənət kolleci) məzun olub.

 

 

Müğənni sevincini izləyicilərilə paylaşaraq, bunun məhz 4 iyul tarixinə, Amerika Birləşmiş Ştatlarının Müstəqillik gününə təsadüf etməsini xüsusi olaraq vurğulayıb və şad olduğunu bildirib.

 

Qeyd edək ki, 36 yaşlı müğənni “Fairytale” mahnısı ilə 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.