Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 15:57:00
BMU-nun ən güclü tələbəsi – “ Akademik karyerada daha uğurlu olacağımı düşünürəm”

  

Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də Şahnaz Hüseynovadır.

 

Şahnaz, 2018-ci ildə orta məktəbi fərqlənmə ilə bitirərək, 675 balla Bakı Mühəndislik Universitetinin Maliyyə (tədris ingilis dilində) ixtisasına qəbul olub.

 

İstedadlı gəncimiz AzEdu.az-a açıqlamasında universitetdə dərslərə hazırlığından danışıb:

 

“Dərslər ingilis dilində olduğu üçün xüsusilə ixtisas fənlərində ilk semester çətinlik çəkmişdim. Zamanla dil bacarıqlarımı təkmilləşdirərək bu çətinliklərin öhdəsindən gəldim”.

 

Şahnaz, tələbəlik illərində dərsləri ilə yanaşı, özünü inkişaf etdirmək üçün sosial aktivliklərdən də geri qalmayıb:

 

“Təhsil aldığım illərdə professional və sosial bacarıqlarımı inkişaf etdirmək üçün bir çox könüllülük və təcrübə proqramlarında iştirak etmişəm. Həmçinin, beynəlxalq gənclər təşkilatı AIESEC-ə üzv olaraq, müxtəlif vəzifələrdə çalışmışam”.

 

Bundan əlavə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçən Ş.Hüseynova “Easy-Peasy Economics” platforması tərəfindən həyata keçirilən Gənc İqtisadçılar Proqramına da seçilib.

 

No description available.

 

O, ali təhsilini davam etdirmək niyyətində olduğunu nəzərə çatdırıb:

 

“Həm öyrənməyi, həm də öyrətməyi sevdiyim üçün akademik karyerada daha uğurlu olacağımı düşünürəm. Buna görə də təhsilimə davam etməli, bilik və bacarıqlarımı təkmilləşdirməliyəm. Ali təhsilin növbəti pillələrinə tədrisin keyfiyyətinə və tədqiqat imkanlarına görə xüsusilə fərqlənən Amerikada davam etmək istəyirəm”.

 

Universitet birincisi digər tələbələrlə uğurunun sirrlərini bölüşüb:

 

“Universitet illərində həm ixtisasla bağlı həm də sosial bacarıqlarını maksimum təkmilləşdirməyə çalışsınlar. Həmçinin, universitetin yaratdığı imkanlardan, daxili və xarici əlaqələrindən maksimum yararlansınlar”.