Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-02 11:40:00
TKTA: İyunda müraciət edənlərin 208-i barədə müsbət qərar verilib  

İyun ayı üzrə müraciət edən 287 nəfərin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı üçün 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciət edib.

 

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 19 gün olub. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün TKTA-nın saytındakı keçidinə daxil ola bilərlər.