Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-30 11:27:00
Olimpiada qalibinin təhsil haqqının ödənilməsi haqqında xəbər YANLIŞDIR

 

Bir müddət öncə Beynəlxalq və Respublika Fənn Olimpiadalarının qalibi Ranal Qurbanovun maddi problemlər səbəbilə təhsilini davam etdirə bilməməsi ilə haqqında məlumat ictimaiyyətin diqqətini yaxından cəlb etmişdi.

 

Qısa zaman sonra problemin aradan qalxması, bir neçə şəxsin həmin istedadlı gəncin təhsil haqqını qarşılayacağı ilə bağlı xəbərlər yayıldı.

 

AzEdu.az xəbər verir ki, Ranal Qurbanov bu məlumatların doğru olmadığını qeyd edib:

 

“Təhsil haqqımın ödənməsilə bağlı xəbərlər yanlışdır. Bir çox şəxs mənimlə əlaqə saxlayaraq dəstək olacağını bildirib, hər birinə təşəkkür edirəm. Amma mən heç bir mülki şəxsi narahat etmədən təhsil almaq istəyərəm. İnşallah bu çətinlik tez bir zamanda aradan qalxar. Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm”.

 

Qeyd edək ki, Ranal, Türkiyənin Qazi Universitetinin Tibb fakultəsinə qəbul olub. Ancaq maliyyə çətinliyi səbəbilə təhsilini davam etdirə bilmir. Təhsil müddəti 6 ildir və illik təhsil haqqı 6000 manat təşkil edir.