Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 17:10:00
“SABAH Magistratura” tələbələri Biləcəridə qatarların iş prosesi ilə tanış olublar  

Təhsil İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında olub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tələbələr stansiyanın sxemi ilə tanış olub və onlara görülən işlər barədə ətraflı məlumat verilib. Stansiyanın rəhbəri Elmar Məmmədov tələbələrlə söhbət zamanı bu sahədə uğur qazanmaq üçün ilk pillədən başlayaraq işə tam şəkildə yiyələnməyin vacibliyini vurğulayıb.

 

Sonra tələbələr lokomotiv ilə stansiya ərazisinə yollanıblar. İştirakçılara qatarların gediş-gəlişinə nəzarət və onların qeydiyyata alınması, dispetçerlərin iş prosesi əyani olaraq nümayiş etdirilib. Sonra tələbələr yuyucu-buxarlayıcı stansiyada vaqonların necə təmizləndiyini izləyiblər. Son stansiyada isə tələbələrə fövqəladə hallar baş verən zaman görüləcək tədbirlər izah edilib və vaqonların təmir olunması prosesi göstərilib.

 

Tələbələr stansiyada təşkil olunan bu dərsdənkənar fəaliyyətdə iştirak etməklə, auditoriyada qazandıqları bilik və bacarıqları praktiki cəhətdən möhkəmləndiriblər.