Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 16:37:00
Naftalanda AZTU-nun nümayəndələri ilə görüş olub

Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüşdə Naftalan ŞİHB başçısı Vüqar Novruzov, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun  direktoru Fuad Daşdəmirov, ŞİH-nin və ATU-nun  məsul əməkdaşları iştirak ediblər.

 

Şəhər İcra Hakimiyyətinin başçısı və Azərbaycan Texniki Universitetinin rektoru öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Görüş zamanı qonaqlara Naftalan şəhəri, şəhərin turizm potensialı  və Naftalan nefti haqqında ətraflı məlumat verilib. Şəhərdə son illər həyata keçirilən layihələr barədə danışaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevrildiyini diqqətə çatdırılıb.

 

Universitetin rektoru “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti barədə danışaraq hərəkətin təhlükəsizliyi baxımından bu görüşün  önəmi barədə danışıb. Qeyd edib ki, burada dayanıqlı  şəhər  modelinin də  tətbiq edilməsi nəzərdə tutulub.

 

Görüş zamanı Naftalan şəhərində küçə və yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması istiqamətində yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub. Həmçinin mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışılıb.

 

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, təkliflər sələndirilib.