Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 15:07:00
ADNSU-nun bir qrup əməkdaşına sertifikatlar verilib  

İyunun 6-da Layihələrin İdarə Edilməsi Assosiasiyası (AzPMA) tərəfindən keçirilən təlimləri uğurla başa vuran 17 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşına sertifikatlar verilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU ilə AzPMA arasında mövcud olan əməkdaşlıq çərçivəsində (AzPMA) universitetin bir qrup əməkdaşı üçün “Layihələrin idarə edilməsi üzrə əsas bacarıqlar” mövzusunda təlimlər keçirilib.

 

AzPMA-nın təlimçisi, Rəşad İbrahimovun apardığı təlimlərdə layihələrin idarə edilməsi və IPMA beynəlxalq standartları ilə bağlı ətraflı məlumat verilib. Təlimdə həmçinin Waterfall, Agile, Scrum və digər metodologiyaların praktik tətbiqi üzrə tədris aparılıb. İştirakçılar kursda həmçinin layihələrdə risklərin, kommunikasiyaların, satınalmaların, keyfiyyətin idarə edilməsi üzrə biliklər əldə ediblər.