Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 12:10:00
Subbakalavrların universitetlərə qəbulu keyfiyyətə yaxşı təsir etmir-Nazir AÇIQLADI

“Subbakalavrların universitetlərə qəbulu təhsilin əlçatanlığını artırır, ancaq rektorlarla olan müzakirəmizdən belə nəticəyə gəlinir ki, bu keyfiyyət faktoruna elə də yaxşı təsir etmir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Abituriyent 12” jurnalının təqdimat mərasimində qeyd edib.

 

“Biz görürük ki, subbakalavr olan tələbələr seçim zamanı az üstünlük verilən universitetlərə meyil edirlər. Nəticədə bizim bəzi universitetlərimizə gələn tələbələrin əksəriyyəti subbakalavr olur. Təhsil Nazirliyi bizim həmin müəssisələrdə keyfiyyətli mütəxəssis hazırlığı ilə bağlı suallarımız yaranır.Düşünürəm ki, burada addımlar daha çox təhsil və pedaqogika deyil, sosial istiqamətdə atılmalıdır. Çünki biz universitetləri bağlasaq, akkreditasiyasını əllərindən alsaq, biz yenə də sosial problemlərlə üz-üzə qalırıq”.

 

Təhsil naziri gələcəkdə universitetlərə subbakalavrların qəbulunun tənzimlənməsilə bağlı təklif irəli sürüb:

 

“Subbakalavrlarla bağlı bizim nazirlik olaraq fikrimiz bu prosesin qalmasıdır. Bir çox yerlərdə subbakalavr ali təhsilin bir səviyyəsi sayılır. Orada ali təhsilə keçid təmin olunmalıdır. Yəqin ki, gələcəkdə bu qəbulun universitetlərin daxilində fəaliyyət göstərən kolleclər vasitəsilə həyata keçirməyi daha uyğun görürük”.