Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 11:37:00
75 min nəfərin hazırda heç bir formal peşəsi yoxdur-Nazirdən İRAD

 

 

“Hazırda 16-17 yaşlı vətəndaşların bir qismi heç bir peşəyə yiyələnmir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Abituriyent 12” jurnalının təqdimat mərasimində qeyd edib.

 

“Biz buna müxtəlif şəkildə reaksiya verə bilərik. Azərbaycanda orta hesabla hər il 150 min uşaq doğulur. Bu rəqəm 110-170 min arasında dəyişir. Bunu əsas götürsək, 75 min nəfərin hazırda heç bir formal peşəsi yoxdur. Həmin adamlar təxminən 40 il əmək bazarında olub,  pensiya da almalıdırlar. Ölkəmizdə orta yaş 76-80 arasıdır. Yəqin ki, səhiyyənin və cəmiyyətin inkişafı ilə bu rəqəmin artdığını da görəcəyik. Lakin həmin şəxsləri 70 il iqtisadi baxımdan kimsə təmin etməlidir. Təxminən 2070-ci illərdəki Azərbaycandan danışırıq. Bu hər birimizin problemidir”.