Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 09:15:00
AzTU-nun rektoru universitetin İdman klubunun müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin İdman klubunun müəllimləri ilə görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun İdman klubunda da tələbələrin mütəmadi idanla məşğul olmalarına şəraitin yaradılması, onların respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir. Rektor AzTU tələbələri arasında dünya və Avropa çempionlarının olmasının qürurverici olduğunu bildirib.

 

Görüşdə İdman klubunda görülən işlər və mövcud problemlər barədə məlumat verilib. Həmçinin İdman klubunun perspektiv inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib. Rektor qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.