Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-09 17:17:00
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüşdə AzTU rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov qonaqlara universitet haqqında məlumat verib. Həmçinin AzTU-nun “Huawei”lə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriliməsində maraqlı olduğu bildirilib.

 

“Huawei”in nümayəndələri tələbələr üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində “Huawei” ekpertlərinin Azərbaycandan olan 30 tələbəyə İT sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulur.

 

Daha sonra AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, şirkətin təhsillə bağlı digər layihələri istiqamətində fikir mübadiləsi aparılıb.