Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 10:09:00
"Geyim qaydalarına əməl etmək normal haldır"- Universitetdən AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasına qısa şalvarda (şortikdə) və maykada girməyin qadağan olunması ilə bağlı məlumatlar yayılıb.

 

Universitetetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova AzEdu.az-a açıqlamasında bildirib ki, bu elanda qeyri-adi heç bir hal yoxdur.

 

“Bu, etik cəmiyyətin qaydalarına əsasən, insalara dəvət xarakteri daşıyır. Hətta bir çox yerlərdə geyim qaydalarına  uyğun olan normativlərə əməl edilir. Bura təhsil müəssisəsidir, onun daxili nizam-intizam qaydaları var. Həmin qaydaları əsas götürərək bu kimi məsələlərin tənzimlənməsi normal haldır. Biz məsələyə tələbələrin davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik hesab edilən dövlətlərində belə ictimai yerlərdə, iş sektorunda, o cümlədən  təhsil müəssisələrində geyim qaydalarına əməl olunur. Misal olaraq, deyim ki, bir insanın azadlığı digər şəxsin hüquqları başlayan yerə qədərdir. Bildirmək istəyirəm ki, bir tələbənin tərzinə digərinin etirazla yanaşması normal anlaşma həddinə qədərdir. Bir tələbə istədiyi kimi geyinsin deyə digərlərinin də mövqeyini görməzdən gələ bilmərik. Bura təhsil müəssisəsi olduğu üçün öz daxili nizam-intizam qaydaları var”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları