Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 13:49:00
ADNSU-da biotibbi mühəndilik beynəlxalq elmi-praktik seminar keçirilib-FOTO  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Şuşa İli”nə həsr olunmuş biotibbi mühəndilik üzrə IV beynəlxalq elmi-praktik seminar keçirilib.

 

ADNSU-dan AzEdu.az-a bildirilib ki, Cihaz mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “İnnovativ qeyri-invaziv diaqnostika cihazları, aparatları və sistemləri” mövzusunda onlayn və oflayn formatda keçirilən seminarda Türkiyə, Fransa, Qazaxıstan və yerli universitetlərdən 74 nümayəndə və professor iştirak edib.

 

Cihaz mühəndisliyi kafedrasının müdiri texnika elmləri doktoru Lalə Bəkirova seminarın “Şuşa İli”nə həsr olunmasının xüsusi önəm daşıdığını deyib. O, seminarın biotibbi texnologiyalar sahəsində yeni nailiyyətlərlə tanış olmaq istiqamətində əhəmiyyətini vurğulayıb.

 

Sonra seminar iştirakçıları məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, seminar biotibbi texnologiyalar sahəsində mövcud boşluqların müəyyən olunması, mütəxəssislərin təcrübə müba