Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 12:52:00
“Teknofest Azərbaycan”da iştirak edən ADNSU komandaları mükafatlandırılıb

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin “Teknofest Azərbaycan ” iştirakçıları ilə görüş keçirilib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə ADNSU komandalarının Teknofestdə iştirakından bəhs edən videoçarx nümayiş olunub.

 

ADNSU-nun “Teknofest Azərbaycan” layihəsi üzrə işçi qrupunun rəhbəri Elviz İsmayilov Azərbayca-Türkiyə qardaşlığını əks etdirəm möhtəşəm festivalda ADNSU komandalarının layihələri haqqında danışıb.

 

Sonra “Teknofest Azərbaycan” festivalında iştirakçısı olan komandalar səhnəyə dəvət olunub, onlara hədiyylər təqdim edilib. Əvvəlcə II yerə, sonra isə I yerə layiq görülən komandaların layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub və həmin komandaların üzvlərinə hədiyyələr təqdim edilib.

 

Tədbirin yekununda ADNSU-nun rektoru, professor M.Babanlı “Teknofest Azərbaycan” festivalının iştirakçısı olan bütün komandaları təbrik edib. ADNSU komandalarının festivalda uğurlu iştirakının universitetdə 2015-ci ildən başlayan startap hərəkatının sayəsində mümkün olduğunu qeyd edən rektor M.Babanlı nüfuzlu beynəlxalq festivalın finalçılarını universitetdə yaradılmış Akselerasiya mərkəzinə dəvət edib. Qalib komandaların layihələrini təkmilləşdirmələri üçün Akselerasiya mərkəzində lazımi bütün imkanlarla təmin olunacaqlarını qeyd edən rektor M.Babanlı layihələrin patentləşdirilməsi işində ADNSU-nun tələbələrə dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb. “Teknofest Azərbaycan”da iştirak edən ADNSU komandalarının universitetin fakültələri üzrə təmsilçiliyi məsələsinə toxunan rektor M.Babanlı festivalda iştirakçılıq səviyyəsi aşağı olan fakültələrin tələbələrinin də innovativ layihələrin hazırlanmasıda iştiraka motivasiya edilmələrinin əhəmiyyətini vurğulayıb. Tədbirdə “Teknofest Azərbaycan” festivalında I və II yerləri tutan hər bir komandaya layihələrini təkmilləşdirmələri üçün sərmayə yatırmaları məqsədilə müvafiq olaraq 5000 və 3000 manat pul mükafatları, bundan əlavə bütün komandaların üzvlərinə, istər sadə iştirakçılara, istərsə də I və II yerlərin qaliblərinə  müvafiq məbləğda mükafatlar təqdim olunub.