Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 12:32:00
AzTU-nun şəhid məzunlarının doğum günüdür-FOTO

4 iyun Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları Rauf Əliyev və Raul Piriyevin doğum günüdür.

 

AzEdu.az xəbər verir ki, Rauf Əliyev AzTU-nun İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını bitirib. O, 22 oktyabrda Hadrut döyüşləri (Ərgünəş kəndi) zamanı şəhid olub.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Raul Piriyev AzTU-nun Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirib. O, 13 oktyabrda tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Raul Piriyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” medalları ilə təltif olunub. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!