Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 13:18:00
ADNSU ilə Cərrahpaşa Universiteti arasında Memorandum imzalanıb

Mayın 27-də Türkiyənin Cərrahpaşa Universitetinin prorektoru, professor Mehmet Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar.

 

AzEdu.az xəbər verir ki, professor Mehmet Bilgin və rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. ADNSU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə rektor, professor M.Babanlı rəhbərlik etdiyi universitetin tarixi, keçdiyi inkişaf yolu və bu qocaman təhsil müəssisəsinin yetşdirdiyi kadrlardan söz açıb. Rektor, professor M.Babanlı qonaqlara həmçinin, ADNSU-da hazırda təhsil sahəsində əldə olunan nailiyyətlər, görüləcək işlər, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan uğurlar haqqında məlumat verib.

 

Cərrahpaşa Universitetinin prorektoru, professor Mehmet Bilginin təmsil etdiyi ali təhsil müəssisəsi haqqında, oradakı tədris prosesi, gerçəkləşdirilən layihələr barədə məlumat verilib. ADNSU-da olmaqdan məmnun olduqlarını bildirən qonaqlar belə təcrübəli universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

 

Görüşdə həmçinin, ADNSU ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi işlərin aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr aparılıb. Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.

 

Səfər çərçivəsində qonaqlar ADNSU-da yeni açılışı olmuş Azərbaycan-Türkiyə Dostluq Mərkəzində olublar, eyni zamanda universiteti gəzərək buradakı şəraitlə də tanış olublar.