Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-30 14:01:00
AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”-da mükafata layiq görülüb

Mayın 29-da “TEKNOFEST Azərbaycan”-da yarışlar üzrə II və III yerlərin qalibləri mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) "Two Dice SABAH" komandası “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında “Ağıllı eynək” lahiyəsi ilə II, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında “Inimicus” lahiyəsi ilə III yerin qalibi olublar. Bundan əlavə, AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası da “Robotexnika” müsabiqəsinin A kateqoriyasında “Ağıllı suvarma sistemləri” layihəsi ilə II yerə layiq görülüb. 

 

Qaliblərin mükafatları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri vəT3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təqdim edilib.