Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-30 11:51:00
Türkiyədə ilk media liseyi açılır-FOTO

 

Demirören Medya Peşə və Texniki Anadolu Liseyi 5 İyunda keçiriləcək Liseylərə Keçid Sistemi (LGS)  imtahanından sonra ilk  şagirdlərini qəbul edəcək. 

 

AzEdu.az xəbər verir ki, şagirdlər Türkiyənin ilk və yeganə media liseyində tanınmış, peşəkar şəxslərdən bugünkü və gələcək medianın formalaşdırılması istiqamətində təhsil alacaqlar.

 

Jurnalistika və Radio-Televiziya adlı iki bölmə ilə fəaliyyətə başlayacaq liseydə çapdan rəqəmsal mediaya, televiziyadan podkastlara, sosial mediadan YouTube-a qədər hərtərəfli tədris proqramı ilə şagirdlərə dünya standartlarına uyğun müasir təhsilin veriləcəyi vəd edilir.

 

No description available.

 

Tələbələr peşəni Türkiyənin Hürriyet, Milliyet, CNN Türk, DHA, Kanal D, Posta, Fanatik və D-Smart kimi ən böyük media qurumlarında sahənin mütəxəssislərindən öyrənə biləcəklər. 

 

Siniflər 15 nəfərdən ibarək olacaq, təhsil müddəti isə 5 il davam edəcək. İlk 1 il İngilis dili üzrə hazırlığa ayrılacaq. Daha sonra Jurnalistika bölməsində xəbər əldə etmək, yazmaq və redaktə, fotojurnalistika, media tarixi, tərtibat, jurnalist etikası veb-interfeys dizaynı, sosial media məzmununun istehsalı, rəqəmsal medianın redaktəsi, video və səs montajı, səslə bağlı təlimlər də keçiriləcək.

 

Dəmirören Media Liseyi ilk tələbələrini qəbul edir

 

Demirören Media MTAL istedadlı şagirdləri media qrupu daxilində təqaüdlə və ölkənin ən yaxşı müəssisələrində işlə təmin edəcək.

 

İlk ildə cəmi 30 şagird qəbul edəcək məktəb beynəlxalq proqramlarla əməkdaşlıq edir. İstanbul xaricindən gələn şagirdlərin yataqxana, yemək və digər ehtiyacları qarşılanacaq.