Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-29 15:09:00
BMU-nun "RED" komandası “TEKNOFEST Azərbaycan” festivalında birinci yeri tutub  

Bakı Mühəndislik Universitetinin (BMU) "RED" komandası “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutub.

 

AzEdu.az xəbər verir ki, BMU-nun komandasına mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı zamanı təqdim olunub. Festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimində Prezidentlərlə yanaşı,  Nobel mükafatı laureatı professor Əziz Səncər də iştirak edib.

 

Məlumat üçün bildirək ki, BMU-nun 7 tələbə komandası ("TexnoMex", "RED", "İ.Asimov", "BÖRÜ", "Curiosity", "CabEx", “Iradus Eko”) öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"in final mərhələsinə yüksəlmişdi. Tələbələrin layihələri və maraqlı təqdimatları bir çox ziyarətçilərin, tanınmış şirkətlərin diqqətini cəlb edib.

 

BMU-nun qaliblər sırasında yer alan "RED" komandası Türkiyədə “TEKNOFEST İstanbul -2022” festivalında iştirak etmək imkanı qazanıb.

 

“TEKNOFEST” festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.