Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-29 12:54:00
“TEKNOFEST Azərbaycan” festivalında ADNSU-nun 4 layihəsi qalib olub

Belə ki, ADNSU-nun Robotexnika müsabiqəsinin B kateqoriyasında “MECHANICS” komandası, Aqrar texnologiyalar müsabiqəsinin B kateqoriyasında isə “BLIZZARDTS” komandası 1-ci yeri tutub.

 

AzEdu.az xəbər verir ki, ADNSU məzunları isə “Yaşıl” texnologiyalar müsabiqəsinin C kateqoriyasında “Makertronika” komandası 1-ci yer tutub. Smart Karabakh Hakathon-unda ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının doktorantının iştirak etdiyi “SafeKarabakh” layihəsi 1-ci yerə layiq görülüb. ADNSU-nun “SABAH” qruplarında “Elektroenergrtika mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Eldar Məhərrəmlinin mentor olduğu  “Baku Stark” məktəbli komandası Robotexnika müsabiqəsinin A kateqoriyasında birinci yerə layiq olub.