Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 10:00:00
UNEC-də fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “İqtisadçı” İntellektual Klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunan fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC tələbələri arasında keçirilən yarışda 16 komanda iştirak edib. Gərgin keçən mübarizənin sonunda I yeri Maliyyə və mühasibat fakültəsi qazanıb. II yerdə SABAH mərkəzi, III yerdə isə Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) komandaları qərarlaşıb.

 

I yerin qaliblərinə diplom, medal, kubok təqdim edilib. Digər qaliblər isə diplom və medalla təltif ediliblər.

 

Qalibləri təbrik edirik!