Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 16:05:00
AzTU rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi bu münasibətlə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.