Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-07 16:40:00
Səngərdə,metroda, bunkerdə dərs keçənlər- Ukraynanın qəhrəman MÜƏLLİMLƏRİ/FOTOLAR

 

Artıq 2 aydan çoxdur ki, Ukraynada davam edən şiddətli müharibə ölkədə bir çox sahədə iflicə səbəb olub.

 

Hər keçən gün müharibə qurbanlarının sayı daha da artır, onların arasında müəllimlər, tələbələr, azyaşlı şagirdlərin sayı də az deyil. Bununla yanaşı müharibənin ilk günündən ölkənin müdafiəsi üçün əlinə silah alan kifayət qədər təhsil nümayəndəsi var.

 

Sadəcə Ukrayna xalqı deyil, Ukrayna təhsili də mübarizə aparır, hücumlara qarşı dirənir. Çox sayda təhsil müəssisəsi zərər görüb, ya da tamamilə dağıdılıb. Ancaq hər şeyə rəğmən ölkə öz sistemini ayaqda tutmaq, təhsilin fasiləsizliyini təmin etmək üçün dirəniş göstərir.

 

Həm ölkədə qalan, həm də müharibə səbəbilə qonşu ölkələrə sığınan ukraynalı şagird və tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi üçün kifayət qədər işlər görülüb. Təhlüksizlik şəraitinin imkan verdiyi ərazilərdə dərslər əyani, qalan bölgələrdə isə onlayn olaraq davam etdirilir. Bunun üçün xüsusi platformalar istifadəyə verilib, yeni tətbiqlər hazırlanıb.

 

 

AzEdu.az məlumat verir ki, səngərdə döyüşən, metroda hücumlardan qorunmağa çalışan, bunkerlərdə gizlənən bir çox təhsil işçiləri də onlayn dərslər vasitəsilə ölkə təhsilinin fasiləsizliyini təmin etməyə çalışırlar.

 

 

Onlar silahı, atəş səslərini, hücumların şiddətini dərslər vasitəsilə müvəqqəti də olsa şagirdlərin zehnindən uzaqlaşdırmağa çalışır, hətta onları qəbul imtahanlarına hazırlayırlar.