Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 10:29:00
DİM və Təhsil Nazirliyinin işlərini asanlaşdıracaq qurum yaradılsın-Ekspertdən TƏKLİF

“Təhsil Nazirliyi və  DİM-in kifayət qədər iş  yükü var”.

 

Bunu  sözləri AzEdu.az-a  açıqlamasında  təhsil  eksperti  Adil Vəliyev deyib.

 

Adil Vəliyev bu qurumların  iş yükündən danışıb:

 

“Müəllimlərin işə qəbulu, yerdəyişmə prosesi,  orta məktəb, tələbələrin transferləri kimi proseslərinin  iş yükü demək olar ki, Təhsil Nazirliyinin üzərindədir. Dövlət İmtahan Mərkəzinə nəzər yetirsək görərik  ki, onların da iş yükü  kifayət qədərdir. Bu qurum ümumilikdə ölkədəki imtahanlaa nəzarət edir.

 

Düşünürəm ki, həm, Təhsil Nazirliyinin həm də,  Dövlət İmtahan Mərkəzinin iş yükünü azaltmaq üçün müəyyən qurumlar yaradılması məqsədəuyğundur.

 

Yaxın keçmişə nəzər yetirsək, görərik ki, xarici pasport və s kimi sənədlər alarkən Daxili İşlər Nazirliyinə mürəciət edirdik.  Hazırda isə ASAN xidmətlərin olması işimizi xeyli yüngülləşdirib.  Eyniylə Təhsil Nazirliyi və DİM-də  texniki məsələlər üzrə müəyyən qurumun fəaliyətə başlaması gözəl olar. Əlbətdə ki, bu işlərisi ASAN xidmət tərəfindən həyata keçirilməsininəzərdə tutmuram”.

 

Təhsil eksperti sonda bir daha qeyd etdi ki, “Düşünürəm ki,  diplomların tanınması elecə də, müəllimlərin yerdəyişməsi və məktəblərdə  qeydiyyyat  prosesinə nəzarət edən bir qurum yaradılsa, həm Təhsil Nazirliyinə, həm də Dövlət İmtahan Mərkəzinə faydalı olacaqdır”.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları