Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 12:25:00
Arəstə Baxışovanın doğum günü adını əbədiləşdirən məktəbdə qeyd edilib-FOTOLAR

 

4 may tarixində Goranboy rayon Səmədabad kənd tam orta məktəbində şəhid xanım  Arəstə Baxışovanın  doğum günü böyük ehtiramla yad edilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Ələşrəf Bağırov, qazilər Elşən Cabbarov, Bağırov Möhvsüm və digər şəxslər çıxış edərək müharibənin çətinlik və  şəhidlərin igidliyindən danışıblar. Sonra Arəstə xanımın adına  birincilərin çıxışları dinlənilib. Həmçinin, Vətən Müharibəsi iştirakçılarına aid hazırlanan albom  qonaqlara təqdim edilib.Tədbirin sonunda şəhidlərdən bəhs edən video nümaiş etdirilib.

 

Qeyd edək ki, yeganə şəhid xanım Arəstə Baxışova 23 oktyabr 2020-ci ildə Qubadlı rayonunda hərbi feldşer vəzifəsini yerinə yetirərkən şəhid olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları