BB vəzifə qrupuna aid inzibati icraçı vəzifələr üzrə mayın 8-də test imtahanı verəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müvafiq linkə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

Mayın 8-də digər vəzifə qrupları (AB,AC,BA) üzrə imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.