Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-01 12:54:00
Azərbaycanlılar yaşayan kənddə ilan xofu: Distant təhsilə keçildi  

Gürcüstanın Dmanisi bələdiyyəsinin Sameba kəndində ilanların çoxalması ilə əlaqədar orta məktəb distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

 

Kənddəki orta məktəbdə azərbaycanlı və gürcü şagirdlərin təhsil aldığı vurğulanır.

 

Məlumata əsasən, ilanlar sinif otaqlarına döşəmədən və divarlardan daxil olurlar. Məhz buna görə də şagirdlərin təhlükəsizliyi üçün növbəti günlərdə dərslər distant şəkildə davam etdiriləcək.