Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-30 11:26:00
Şagird və abituriyentlərin nəticələri ürəkaçan deyil-TƏHLİL

Son vaxtlar ümumtəhsil ocaqlarında akademik göstəricilərə nəzər salsaq əgər şagird və abituriyentlərin nəticələri heç də ürək açan deyil. Artıq demək olar ki ölkəmizdə yeniyetmələr və gənclər arasında kütləvi beyin donması yaşayırıq. Artıq bu bir həyəcan siqnalıdır, tədbirlər görülməlidir. Bu halda valideynlərin əksəriyyəti uşaqların sadəcə televizor və telefonda daha çox vaxt keçirdiklərini deyir və onlarda bu asılılığın həddən artıq olmasına, eləcə də bütün günü davranışlarında aqresiya və isterikaların, depresiyaların yüksək olmasına görə narahatdırlar. Buna səbəb olan problemləri isə sadalamaqla bitmir. Ən başlıca səbəblərdən biri isə uşaq və gənclərin sosial fəaliyyətləri yox dərəcəsində olması, psixoloji dəstəyin olmamasıdır. Bütün günü gərginlik içində və üstəlik evdə valideyn basqısı, məktəbdə isə tədrisin ağırlığı onlarda psixoloji və pedaqoji geriliyə gətirib çıxarır. Araşdırmalarıma əsasən valideynlərin çoxu övladlarına yetərincə sevgi, dəstək və qayğı göstərə bilmir. Digər səbəb isə onları sevmədikləri həyat tərzini təlim tədris formalarını məcburi aşılamaqdı. Əksər valideynlər özlərinin xəyalındakı reallaşmayan arzularını birbaşa uşaqlar üzərinə yükləməyə çalışır. Digər ən başlıca səbəb isə övladlarının yüklərinin asanlaşması və gərginliyi aradan qaldırmaq üçün valideynlər onlara mənəvi dəstək olmur və sadəcə öz iş və şəxsi həyatlarındakı problemləri sadalamaqla yetinirlər. Övladlarına məsləhət verərkən belə yenədə ruhdan salan kəlmələrlə və ifadələr işlədir, öz uşaqlıqlarındakı travmaları onlara misal çəkərək yalnış müqayisələr edir, problemlər üzərindən nəticə çıxarmağı və sənin bu halın mənə baxmış daha yaxşıdı deməsi ilə sadəcə aza qane olmağı vurğulayırlar. Niyə yaxşı oxumursan, niyə başqası kimi bacarığın yoxdu və ya məktəbə niyə gedirsən kimi təhlillər bir başa uşaqların psixoloji durumunu məhv edir. Valideynlər öz öhdəliklərinin yarısını və ya bəhanələrini ört basdır etmək üçün yükü təhsil ocaqlarına və təhsil işçilərinin üstünə yükləyirlər. Bu kimi müqayisələr daha da valideyn-övlad arasında bağların qopmasına gətirib çıxarır, sonda isə nəticələr daha ağır şəkildə davamlı təkrarlanır. Təbii ki bütün bunlara səbəb maddi tərəf də var. Orta hesabla hər valideyn övladlarının sosiallaşması üçün, onlardakı gərginliyi azaltmaq üçün qısa müddətli istirahət və əyləncələr təşkil etməli və yaxud onları sevdikləri dərnəklərə yönləndirməlidir. Orta hesabla bir gün əyləncə mərkəzlərində, digər istirahət mərkəzlərində maraqlı gün keçirmək və ya dərnəklərə aparmaq üçün ən az aylıq 50-100 manat arası nəvacib olmalıdır. Bu da hər ailənin büdcəsinə uyğun gəlmir. Bu mövcud nüans valideynləri də çıxılmaz vəziyyətə salır, istər valideyn istərsə də uşaqlar ailədə gərgin, huzursuz və sadəcə maddiyatdan dolayı öz səhhətlərinə və həyatlarına rəng qata bilmir. Gələcəyimiz üçün təməlli yetişkin gümrah açıq beynli gənclər böyütmək istəyiriksə bu alternativləri aradan qaldırmalıyıq, bunun üçün isə adidiyatı orqanlar müəyyən layihələr hazırlamalı, şagird və tələbələrə xüsusi endirimlər tətbiq etməlidirlər.

 

 

Günel Şəmilzadə
ADPU, ümumi pedaqogika,pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertant