Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 13:58:00
Buraxılış imtahanlarının idarə olunmasına bu qədər nəzarətçi-müəllim ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 22 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 207 imtahan binası, 3413 imtahan zalı ayrılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanların idarə olunmasına 207 ümumi imtahan rəhbəri, 570 imtahan rəhbəri, 4228 nəzarətçi-müəllim, 399 buraxılışı rejimi əməkdaşı (mühafizə), 207 bina nümayəndəsi ayrılıb.

 

Aprelin 30-da keçiriləcək imtahanda 24 min 864, mayın 1-də keçiriləcək imtahanda isə 19 min 278 nəfər olmaqla, ümumilikdə 44 min 142 şagirdin iştirakı nəzərdə tutulur.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn formatda təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.