Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 11:08:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 20 nəfər qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydıyyat aparılır.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Bu gün saat 10:25-ə olan məlumata görə, imtahan vermək üçün 20 (AB – 1, AC - 19) nəfər qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.