Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 12:55:00
BU ŞƏXSLƏR MİQ də iştirak edə bilməyəcək

 

 

Müəllimlərin İşə Qəbulu müsabiqəsi yaxınlaşdıqca namizədləri maraqlandıran məsələlərdən biri də kimlərin MİQ-də iştirak edib-etməyəcəyi ilə bağlıdır.

 

 AzEdu.az həmin sualın  cavabını təqdim edir:  

 

Belə ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

 

Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu müsahibəsində müddətsiz əsaslarla dövlət ümumtəhsil məktəblərində 3 ildən az çalışan müəllimlər iştirak edə bilməyəcək.

 

Həmçinin, müəllimlərin işə qəbulu müsahibəsində edilən dəyişikliklərə əsasən, digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumtəhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduqları müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.