Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-24 16:02:00
AzTU-nun məzunu,şəhid Rəşad Mehdiyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşad Mehdiyev 1997-ci il aprelin 24-də Xırdalan şəhərində anadan olub.

 

AzEdu.az xəbər verir ki, Rəşad Mehdiyev AzTU-nun "SABAH" qruplarında təhsil alıb. O, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) təcrübə keçib. 2019-cu il 19 noyabr tarixindən Mərkəzin Data laboratoriyası departamentinin Data mühəndisliyi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

 

29 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsinə qatılan Rəşad Mehdiyev oktyabrın 20-də Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rəşad Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!