Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 17:47:00
Sabunçu rayonu üzrə növbəti maarifləndirici görüş  

Erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə Sabunçu rayonu üzrə növbəti maarifləndirici görüş paytaxtdakı 252 nömrəli tam orta məktəbdə keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, görüşdə erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, problemin aradan qaldırılması yolları və bu istiqamətdə birgə aparılan ardıcıl maarifləndirmə tədbirlərindən söhbət açılıb.

 

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Görüşdə (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru polis polkovnik-leytenantı Asif Məlikov, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər.