Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 17:35:00
Bu fənlər üzrə qiymətləndirmə tapşırıqları müzakirə edilib  

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclaslarda 8-ci siniflər üçün hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları cari tədris ilində istifadədə olan dərsliklərlə müqayisəli təhlil edilib. Kitabçaların məzmununda təkmilləşmələr aparılıb, dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib. Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.