Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 17:03:00
DİM: İmtahanlarda istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanmasına dair hazırlıq kursları başlayır

Aprelin 25-dən Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları başlayır.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırlıq kursları ingilis dili, rus dili, fizika, kimya, tarix, coğrafiya və biologiya fənləri üzrə keçiriləcək. Kurslarda DİM-in elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrantlar iştirak edəcəklər.