Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 13:04:37
Sabah fizika fənni üzrə vebinar təşkil olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar aprelin 22-si saat 17:00-da fizika fənni üzrə “Elektrodinamika ll hissə” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi, müəllimlər və yuxarı sinif şagirdləri üçün fizikadan əlavə dərs vəsaitinin müəllifi Şəmsəddin Qurbanov çıxış edəcək.

 

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.