Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 16:16:35
Bu il məktəblərdə ənənəvi "Son zəng" çalınacaq

2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri ənənəvi qaydada keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Rəsmi məlumata görə, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə "Son zəng" tədbirləri ənənəvi şəkildə təşkil olunacaq.

 

Xatırladaq ki, koronavirusa epidemiyası səbəbindən son 2 il ərzində "Son zəng" tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.