Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 16:50:00
Vətən müharibəsində şəhid olan məzunların ailələri ziyarət olunub  

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Seymur Sərxoşov və Cəmil Məmmədlinin ailələrini ziyarət edib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, görüş iştirakçıları şəhid məzunların tələbəlik illəri haqqında xatirələrini bölüşüb, onlarda vətənpərvərlik hisslərinin yüksək olduğunu vurğulayıblar. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla anılır və bundan sonra da belə davam edəcək. Onların xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə tanıdılması üçün universitetin tələbələri arasında mütəmadi maarifləndirmə işləri aparılır.

 

AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi də xüsusi vurğulanıb.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.